Mik Caqqer və Gənclik Aşkı: Yaş fərqini unudan sevgi

81 yaşlı britaniyalı musiqiçi və əfsanəvi "The Rolling Stones" qrupunun lideri Mik Caqqer rəsmi olaraq nişanlanıb. Onun nişanlısı 37 yaşlı keçmiş balerina Melani Hemrikdir və onlar birlikdə Devero adında bir oğul böyüdürlər.
Melani Hemrik, Mik Caqqerdən 44 yaş kiçikdir. Onların nişanı haqqında əvvəllər şayiələr yayılmışdı, amma balerina yalnız bir neçə gün əvvəl rəsmi olaraq etiraf etdi ki, müğənni ona bir neçə il əvvəl evlilik təklifi edib. Lakin hələlik sevgililər nikah mərasimi üçün tələsik deyillər.
"Biz iki və ya üç il əvvəl nişanlandıq. Bəlkə bir gün evlənərik, bəlkə də yox. Biz indiki həyatımızda o qədər xoşbəxtik ki, nəyinsə dəyişməsindən çox qorxardım", - Melani etiraf edib.
Balerinanın sözlərinə görə, onlar Miklə bir-birinə qayğı göstərirlər.
“Biz bir-birimizi dəstəkləməyə, yanında olmağa və hər kəsin xoşbəxt olmasını təmin etməyə çalışırıq. Bu, mənim üçün ən önəmli şeydir və mənim arzum budur,” – deyə, Caqqerin sevgilisi bildirib.
Mik Caqqerin nişanlısı Melani Hemrik kimdir?
Melani Hemrik — keçmiş balerina. O, 2014-cü ildə Yaponiyada Mik Caqqer ilə tanış olub. Əfsanəvi musiqiçi yalnız bir dəfə evlənib: 1971-ci ildən 1978-ci ilə qədər Bianka Caqqer ilə evli olub. Lakin, onun qeyri-rəsmi münasibətlərindən də uşaqları var. Ümumilikdə, Rolling Stones qrupunun ulduzunun səkkiz övladı böyüyür, bunlardan biri isə Melani ilə birlikdə dünyaya gələn oğlu Devero-dur. O, artıq 8 yaşındadır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!