"Bizim müttəfiqlərimiz Rusiya və İrandır, sizin isə..." EKSKLÜZİV
"Bizim müttəfiqlərimiz Rusiya Federasiyası və İrandır, sizin isə Türkiyə və Azərbaycandır", - deyə Minasyan Rubinyana cavab verib.
ULUSUM.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin vitse-spikeri Ruben Rubinyanın müxalifətə müraciət edərək, yeni hərbi əməliyyatların baş verəcəyi təqdirdə “müttəfiqləriniz kömək etməyəcək” ifadəsini işlədib.
Parlament sədrinin müavini və hakim fraksiya üzvü xüsusilə qeyd edib ki, Azərbaycanla müxalifətin “nümunələri” üzrə delimitasiya güc hüququnu legitimləşdirə bilər və “sizin müttəfiqlər” öz öhdəliklərini yerinə yetirməyəcəklər. Nəticədə, olan olacaq.
Bu fikirlərlə razılaşmayan Minasyan bu bəyanatı absurd adlandırıb.
Siyasətçi hakim qüvvəni nəyin bahasına olursa-olsun, hətta ərazi güzəştləri bahasına olsa belə, öz hakimiyyətini saxlamağa çalışmaqda ittiham edib.
Ermənistan parlamenti sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı müxalifətin hazırladığı bəyanat layihəsini rədd edib.
Qeyd edək ki, bu lkədə müxalif qüvvələr İrəvanla Bakı arasında əldə olunan razılaşmaya görə yerli sakinləri aksiyalara cəlb etməkdə davam edir.
Rəşad Ələkbərov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
26-04-2024, 07:00
ULUSUM.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
