Lavrov ABŞ-ın yeni administrasiyasının «kovboy hücumları» barədə bəyanat verib
"ABŞ, Rusiya və Çin ilə yanaşı, güc mərkəzlərindən biri ola bilər".
“Ulusum”.az xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov "Rusiya qlobal siyasətdə" jurnalında dərc olunan məqaləsində bildirib.
Lavrov yazır: "Çoxqütblülük möhkəmlənir və ABŞ bu obyektiv prosesə qarşı çıxmaq əvəzinə, yaxın tarixi dövr ərzində Rusiya, Çin və digər Qlobal Cənub, Şərq, Şimal və Qərb dövlətləri ilə birlikdə məsuliyyətli güc mərkəzlərindən birinə çevrilə bilər."
Lakin, Lavrovun fikrincə, ABŞ-ın yeni administrasiyası hələ də "kovboy hücumları ilə mövcud monositə mərkəzli sistemin dözümlülüyünü və onun Amerika maraqlarına uyğunluğunu sınayacaq."
Lavrov, ABŞ-ın çox tezliklə beynəlxalq reallığın, Amerikanın auditoriyasına və müttəfiqlərinə təqdim edilən dünya anlayışlarından daha zəngin olduğunu başa düşəcəyini də vurğulayıb.
Bu cür "ağıl açan" dönüşü gözləyən Rusiya, dövlətlərarası münasibətlərin formalaşdırılmasında çoxqütblülük reallığına və BMT Nizamnaməsində əksini tapmış Yalta-Potsdam sisteminin konsensusuna uyğunlaşdırılmasını təmin etmək istiqamətində işini davam etdirəcəyini əlavə edib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi