XİN Fransa nazirinin iddialarına cavab verib
"Biz təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib".
"Ulusum".az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Azərbaycanın Fransanın dənizaşırı ərazilərində müdaxilə ilə bağlı Fransa Senatında səsləndirdiyi iddialara dair şərhində deyilir.
Qeyd olunub ki, Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir:
"Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb.
Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.
Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Şouya deyil, ədalətə ehtiyac var
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN