Lavrov Rusiyaya qarşı bütün sanksiyaların ləğvini tələb edib
Lavrov müharibənin dayandırılması müqabilində Rusiyaya qarşı bütün sanksiyaların ləğvini tələb edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Newsweek jurnalına müsahibəsində bildirib ki, Rusiya Ukraynaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır.
O, Rusiya prezidentinin Kiyev qarşısındakı digər tələblərini də xatırladıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması və bu bölgələrin Rusiya ərazisi kimi tanınması haqqında. Bundan əlavə, Putin Ukraynanın bloklara qoşulmamaq və nüvəsiz statusunun möhkəmləndirilməsini, habelə ölkənin demilitarizasiyasını və denazifikasiyasını tələb edib.
“Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında bizim Ukraynadan gələn təhdidlər aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”, - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə “onun xalqının müdafiəsi və həyati təhlükəsizlik maraqlarıdır”. Eyni zamanda o, Moskvanın hər dəfə hamıya uyğun bir müqavilə bağladığında “Kiyev və onun ağaları geri çəkilir” deyə şikayətlənib. Nümunə kimi o, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk razılaşmalarını, həmçinin 2022-ci ilin mart ayının sonunda İstanbulda paraflanmış sülh müqaviləsini göstərib.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN