“Biz nasistlərə bənzəmirik” - Netanyahu ACIQLANDI
İsrailin Baş naziri Benyamin Netanyahu ilə Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında mübahisə yaranıb.
ULUSUM.az xəbər verir ki, Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı söhbət zamanı Berbok İsraili anklavda kəskin aclığa səbəb olması ilə ittiham edib.
Bunun ardınca Netanyahu Qəzzadakı vəziyyətin Qərbin düşündüyü qədər də acınacaqlı olmadığını sübut etmək üçün, ərazaqla dolu olan mağazaların fotolarını göstərməyə başlayıb.
Berbok isə ona belə cavab verib:
"Telefonumda Qəzzadan olan ac uşaqların da şəkilləri var. Sizə onları da göstərə bilərəm".
Xəbərə görə, Berbok İsrailə anklavda normala dönən həyatın fotolarını yaymağı dayandırmağı tövsiyə edib. Bildirib ki, həmin görüntülər reallığı əks etdirmir.
Bundan hiddətlənən Netanyahu səsini yüksəldib və alman nazirə onların nasistlərə bənzəmədiyini deyib:
"Bu reallıqdır. Biz uydurulmuş reallığın saxta şəkillərini yaradan nasistlərə bənzəmirik".
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
