Kabildə Əfqanıstan-Özbəkistan-Azərbaycan üçtərəfli görüşü keçirilib
Kabildə Əfqanıstan-Özbəkistan-Azərbaycan üçtərəfli görüşü keçirilib.
İRNA xəbər verib ki, Əfqanıstanın Sənaye və Ticarət Nazirliyi Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli görüşün keçirildiyini açıqlayıb.
Məlumata görə, görüş Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nurəddin Əzizi, Özbəkistanın sənaye, ticarət və investisiyalar naziri Ləziz Qüdrətov və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun iştirakı ilə baş tutub.
Bildirilib ki, tərəflər Əfqanıstanın şimalında ticarət, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı, geoloji fəaliyyət və mədən kəşfiyyatı, regional əməkdaşlıq, yeni İpək Yolu marşrutundan effektiv istifadə, dəmir yolu xətləri və Əfqanıstanın İqtisadi Əməkdaşlıq Təşkilatında yenidən fəal iştirakını müzakirə ediblər.
Qeyd olunub ki, tərəflər oxşar görüşlərin və qeyd olunan bütün sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO