Məsud Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir
Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün əsasdır.
“Ulusum.az" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İranın yeni seçilən prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
O əlavə edib ki, İran Ermənistanla dialoqu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırdır. İranın yeni seçilən prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini qeyd edib. O, regionda sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır.
N. Paşinyan qeyd edib ki, İranla əlaqələrin çoxşaxəli inkişafı Ermənistan üçün vacibdir, bu, qarşılıqlı hörmət və anlaşmaya əsaslanır: “Mənim bu gün burada olmağım bizim Ermənistanla İran arasında münasibətlərin dərinləşməsinə və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiqliyimizdən xəbər verir”.
Xatırladaq ki, iyulun 30-da İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Nikol Paşinyan bu tədbirdə iştirak etmək üçün Tehrana səfər edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi