Azərbaycanın Niderlanddakı səfirliyi Haaqada keçirilən “Səfirliklər festivalı”nda iştirak edib
Azərbaycanın Niderlanddakı səfirliyi Haaqa meriyası tərəfindən təşkil olunan ənənəvi “Səfirliklər festivalı”nda təmsil olunub. Tədbir tarixi Lange Voorhout meydanında “Bir gündə dünyanı kəşf et” devizi altında baş tutub, — AzərTac xəbər verir.
Təxminən 60 ölkənin qatıldığı festivalda Azərbaycan pavilyonu təqdim olunan zəngin eksponatlar, ölkənin tarixi, mədəniyyəti və turizm potensialını əks etdirən materiallar sayəsində ən çox ziyarət edilən guşələrdən olub. Qonaqlar milli xalçaları, geyimləri görmək, həmçinin plov, dolma, kabab, qutab və şirniyyatlar kimi Azərbaycan mətbəxinin nümunələrini dadmaq imkanı əldə ediblər.
Haaqa meri Yan van Zanən də pavilyona baş çəkib, səfir Məmməd Əhmədzadə ilə söhbət edib və Azərbaycanın zəngin mədəni irsi və qonaqpərvərlik ənənələrinə heyranlığını ifadə edib.
Festival çərçivəsində “Qafqaz” rəqs qrupu milli rəqslərlə, o cümlədən “Yallı” ilə çıxış edib. Tamaşaçılar rəqqasları alqışlarla dəstəkləyib və özləri də rəqslərə qoşulublar.
Tədbir Azərbaycanın mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılmasının əhəmiyyətini bir daha vurğulayıb və xalqımızın zəngin irsini, yaradıcılıq potensialını nümayiş etdirib.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər