Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub
Türkiyənin 30 Avqust - Zəfər bayramı münasibətilə ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.
Ulusum.az xəbər verir ki, qəbulda Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev fəxri qonaq qismində iştirak edib.
Bununla yanaşı, qonaqlar arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, digər ölkələrin Azərbaycandakı səfirləri, Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri yer alıblar.
Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.
Məktubda bildirilib ki, Türkiyənin böyük zəfəri xalqın azadlıq ruhu hesabına qazanılıb:
"Şəhid və qazilərimizlə birlikdə xalqımızın ortaya qoyduğu dastan kimi mübarizə bizə Zəfər hissini daddırıb. Türkiyə Yüzilinə yol aldığımız bu dövrdə terrorun qaranlıq üzünü torpaqlarımızdan tamamilə silmək niyyətindəyik. Bölgəmizdə sərhədlərin qanla yenidən çəkilməsinin cəhd edildiyini, qətliamların həyata keçirildiyini görürük. Ancaq bunu edənlər işğal siyasətlərinin cavabını mütləq verəcəklər".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər