Mingəçevirdə “8 Noyabr” Stansiyası Açıldı
Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev, bu hadisənin ölkənin enerji potensialını daha da gücləndirəcəyini bildirib:
“8 Noyabr” elektrik stansiyasının açılışı ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artıracaq əlamətdar bir hadisədir. Bu stansiyanın qısa müddətdə tikilib istifadəyə verilməsi, energetika sahəsindəki gücümüzü, potensialımızı, təcrübəmizi və peşəkarlığımızı bir daha nümayiş etdirir.”
Prezident qeyd edib ki, hazırda Azərbaycanın elektrik enerjisinin 40%-dən çoxu məhz Mingəçevirdə istehsal olunur. Yeni stansiya isə bu potensialı daha da artıracaq:
“Bu stansiya enerji sisteminin səmərəliliyini artıracaq və Mingəçevirin təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.”
İlham Əliyev onu da bildirib ki, son 20 ildə Azərbaycanda enerji sistemi faktiki olaraq sıfırdan qurulub. Ölkənin müxtəlif bölgələrində yeni elektrik stansiyaları inşa edilib, Mingəçevirdə isə həm tikinti, həm də rekonstruksiya işləri aparılıb.
“Mingəçevir hər zaman enerji mərkəzi olub. Burada formalaşmış güclü kadr potensialı Azərbaycanın uğurlarına zəmin yaradır.”
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi