İƏT XİN Şurası Istanbulda toplanır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar 51-ci sessiyası keçirilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə iki gün davam edəcək toplantı “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunu əhatə edəcək.
Əvvəlki toplantılarla müqayisədə rekord sayda iştirakın nəzərdə tutulduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısının qatılımı planlaşdırılır.
Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyətin iştirakı gözlənilir.
Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran müharibəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Sessiyanın sonunda İstanbul Bəyanatı, eləcə də İƏT gündəmindəki qərar layihələrinin qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, bu toplantı ilə Türkiyə bir il müddətinə İƏT Xarici İşlər Nazirləri Şurasına sədrliyi Kamerundan təhvil alacaq. Təşkilatın 25 qurucu ölkəsindən biri olan Türkiyə daha əvvəl 1976, 1991 və 2004-cü illərdə keçirilən şura toplantılarına ev sahibliyi edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO