Ramil Həsən TÜRKPA-nın yeni Baş Katibi SEÇİLDİ
12 iyun 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Plenar Sessiyasında vacib qərar qəbul edilib.
Ulusum.az xəbər verir ki, sessiyada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın təklifi ilə deputat Ramil Həsənin namizədliyi irəli sürülüb.
Sessiyada iştirak edən üzv ölkələrin parlament sədrləri və millət vəkilləri bu təklifi yekdilliklə dəstəkləyərək, Milli Məclisin deputatı Ramil Həsəni TÜRKPA-nın yeni Baş Katibi seçiblər.
Qeyd edək ki, Ramil Həsən (tam adı: Ramil Sahib oğlu Həsən) 23 sentyabr 1978-ci ildə Ermənistanın Qafan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistraturanı bitirib. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.
Karyerası boyunca müxtəlif vəzifələrdə çalışıb:
- 1999–2001: Müşfiqabad qəsəbə bələdiyyəsinin sədr müavini.
- 2002–2009: Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi.
- 2009–2013: Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi.
- 2014–2018: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi.
2020-ci ildə 91 saylı Ucar seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputat seçilib. Hazırda Milli Məclisin Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüdür. İngilis və rus dillərini bilir, evlidir, iki övladı var.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO