Azərbaycan və BMT Nayrobi Ofisi Arasında Yeni Gündəm
İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb.
Görüşdə Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, Afrika ölkələri ilə bağlı mümkün birgə təşəbbüslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tərəfdaşlığımızda xüsusi yer tutduğu, ölkəmizin dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd edilib.

Afrika ölkələri ilə əməkdaşlığın irəlilədilməsinin xarici siyasət prioritetlərimizdən biri olduğu, bu istiqamətdə BMT çərçivəsində indiyədək bir sıra təşəbbüslərin həyata keçirildiyi və bu əməkdaşlığı davam etdirmək niyyətində olduğumuz bildirilib.
Ölkəmizdə keçirilən COP29 çərçivəsində qəbul olunan qərarların iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mövzusunun irəlilədilməsi baxımından əhəmiyyətindən bəhs olunub. Bu çərçivədə BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıq məsələlərinə də toxunulub.
Eyni zamanda, 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində BMT ofisi, xüsusilə də “UN-Habitat” ilə əməkdaşlıq planları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO