Dohada Vətənin Ritmi: Mənim Azərbaycanım Konserti Təşkil Edildi - FOTO
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Doha Elm və Texnologiya Universitetinin mədəniyyət sarayında müğənni Günay İmamverdiyevanın rəhbərlik etdiyi musiqi qrupunun “Mənim Azərbaycanım” adlı konserti keçirilib.

Dohadakı səfirliyimizin dəstəyi və təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının Qətərdəki diplomatik korpusunun rəhbərləri və diplomatları, Qətərdəki Türk Silahlı qüvvələrinin zabit heyəti və onların ailə üzvləri, nüfuzlu KİV təmsilçiləri, Doha Elm və Texnologiya Universitetinin tələbələri iştirak ediblər.

Əməkdar artist, muğam ifaçısı Günay İmamverdiyeva, tarzən Kamal Nuriyev, kamança ifaçısı Toğrul Əsədullayev və nağara ifaçısı Emin Cəbrayılovun iştirakı ilə keçirilmiş konsertdə Azərbaycanın zəngin musiqi irsinin nümunələri səsləndirilib.

Günay İmamverdiyevanın ifasında səsləndirilmiş “Sizə salam gətirmişəm”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “Qal sənə qurban”, “Şuşanın dağları”, “Əzizim Şirvan gözəl”, “Qarabağ”, “Yaşa, yaşa mənim xalqım”, “Azərbaycanım”, “Ay bəri bax”, “Mehriban olaq” və digər xalq mahnılarımız iştirakçıların gurultulu alqışları ilə qarşılanıb.

Tədbirdə türk diplomatların və hərbçilərin iştirakını nəzərə alan xanəndə xüsusi olaraq “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.
300-dən artıq tamaşaçının olduğu konsert iki saat davam edib. (azərtac)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi