Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.
Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib.
Qonağı səmimi salamlayan Adil Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Nazir həmçinin 2023-cü ildə dost ölkəyə səfərini, orada keçirdiyi görüşləri məmnunluqla yada salıb.
Qeyd olunub ki, mədəniyyət iki ölkənin xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərakeşli nazir Mohamed Mehdi Bensaid görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Qonaq nazir də Mərakeşlə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?