İsrailin yeni səfiri “İsraildə Azərbaycan Evi”ndə olub
İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus Akka şəhərində fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi"nin qonağı olub. Dəyirmi masa formatında keçirilən görüşdə İsraildə fəaliyyət göstərən müxtəlif Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexamiya Şirin Mixaeli səfiri səmimi salamlayaraq, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb. O, Azərbaycanın tarixən anti-semitizmə yol verməyən nadir ölkələrdən biri olduğunu bildirib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-İsrail münasibətlərinin güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Səfir Ronen Kraus xalqımızın qonaqpərvərliyini, insani dəyərlərini, burada yaşayan müxtəlif etnik və dini icmaların azad və təhlükəsiz şəraitdə yaşamasını yüksək qiymətləndirib. Gələcəkdə Azərbaycan-İsrail əlaqələrinin daha da sürətlə inkişaf edəcəyinə inandığını vurğulayıb.
Sonda səfir Ronen Krausa Azərbaycandakı gələcək diplomatik fəaliyyətində uğurlar arzulanıb və xatirə şəkli çəkdirilib.
✍"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi