Trampın izləri Avropada – Corc Simion Rumıniyada seçkiyə damğa vurdu
Kalin Georgescu tərəfdarları Mərkəzi Seçki Komissiyasının öz namizədini yeni seçkilərdə iştirakdan məhrum etmə qərarına etiraz etmək üçün çıxıblar.
Mayın 4-də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda millətçi və Donald Trampın tərəfdarı Corc Simion 40,92% səs toplayaraq lider mövqeyini əldə edib.
O, mayın 18-də keçiriləcək ikinci turda Buxarestin meri, mərkəzçi Nikusor Dana qarşı mübarizə aparacaq.
Simion, əvvəlki seçkilərin nəticələrinin ləğvinə səbəb olan və Rusiyayönlü olduğu iddia edilən Kalin Georgeskunu hakimiyyətə gətirə biləcəyini bildiri
Seçkilərin birinci turunda üçüncü yeri 20,11% səslə hakim koalisiyanın namizədi Krin Antonesku tutub. Ümumilikdə 11 namizədin iştirak etdiyi bu seçkilər, ötən ilin noyabrında Konstitusiya Məhkəməsinin rusiyayönlü namizəd Kalin Georgescu-nun qazandığı yarışın nəticələrini ləğv etməsindən sonra təkrar keçirilib.
Simionun qalib gəlməsi, Rumıniyanın Avropa İttifaqı və NATO ilə münasibətlərində dəyişikliklərə səbəb ola bilər. O, Rusiyanı təhdid kimi görmədiyini bəyan etsə də, Vladimir Putini hərbi cinayətkar adlandırıb və Ukraynaya hərbi yardımın əleyhinə olduğunu bildirib.
Simionun seçki kampaniyası, ölkədəki yoxsulluq, korrupsiya və siyasi elitanın etimadsızlığı fonunda geniş dəstək qazanıb. Onun sosial mediada, xüsusilə TikTok-da aktivliyi, gənc seçicilər arasında populyarlığını artırıb.
Mayın 18-də keçiriləcək ikinci turda Simionun qalib gəlməsi, Rumıniyanın daxili və xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bu, həmçinin ölkənin Avropa İttifaqı və NATO ilə münasibətlərinə təsir göstərə bilər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO