Mərakeşdə “REZA-nın Müasir Odiseiyası” adlı sərgi açılıb
Afrikanın şimal-qərbində yerləşən Mərakeş Krallığının paytaxtı Rabat şəhərindəki Milli Fotoqrafiya Muzeyində “REZA-nın Müasir Odiseiyası” adlı sərgi açılıb.

Bu sərgi, hər bir şəkilin duyğular və dərinliklərlə dolu bir hekayə danışdığı, sənət və fotoqrafiya dünyasına inanılmaz bir səyahət təqdim edir.

Əsərlər arasında Azərbaycanla bağlı 20-dən çox foto və 5 kitab yer alır ki, bunlar Qarabağ, Xocalı, Şuşa, Ağdam, Xınalıq, Füzuli və Bakının tarixi anlarını əks etdirir.

Dünyaca məşhur azərbaycanlı əsilli fotoqraf Reza Deqatinin şəkilləri sadəcə görüntülər deyil, güc, ağrı və ümidlərlə dolu canlı şahidlərdir.

"Ulusum". az-n xüsusi müxbiri S.Qəşəng xəbər verir ki, sərgidə nümayiş olunan fotolar, həmçinin Azərbaycanın üzləşdiyi faciələr, itkilər və müharibə ağrıları ilə bağlı dərindən düşündürən hekayələr təqdim edir.

Hər bir foto, o dövrün atmosferini, xalqın iztirablarını və bir xalqın mübarizəsini parlaq şəkildə əks etdirir.
Reza Deqati, fotoqrafiya vasitəsilə həyatın ən ağrılı anlarını insanlara çatdırır və bəşəriyyətin yaddaşında iz buraxan tarixə işıq tutur.

Bu sərgi, ziyarətçilərə Azərbaycan xalqının mübarizəsi və qəhrəmanlığını daha dərindən anlamağa imkan yaradır.
Sərgi iyunun 30-dək davam edəcək.
Qeyd edək ki, sərginin açılışında Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov iştirak edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi