Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgərin etirazı
Almaniyada yaşayan beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər, həmin ölkənin "DW Documentary" internet kanalının Azərbaycan əleyhinə hazırladığı sənədli filmə etiraz olaraq, ARD və ZDF televiziyalarına məktub ünvanlayıb.
Məktubunda, ekspert "Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı proqramda birtərəfli yanaşmanın və çoxlu sayda dezinformasiyanın yer aldığını qeyd edib.
"Ulusum". az xəbər verir ki, Əsgər, bu cür yanaşmaların iki ölkə arasında sülh müqaviləsinin razılaşdırıldığı bir dövrdə separatçıların yenidən fəallaşmasına səbəb ola biləcəyini vurğulayıb.
Həmçinin, Azərbaycan torpaqlarının işğalından, Xocalı soyqırımından və Qarabağ müharibəsi nəticəsində ölkəmizə vurulan zərərlərdən niyə bəhs edilmədiyini soruşub.
O, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını erməni işğalından azad etməsinin haqq və ədalət prinsiplərinə əsaslandığını bildirib və işğalçı tərəfin Ermənistan olduğunu qeyd edib.
Məktubun sonunda, ekspert anti-Azərbaycan mövqeyini sərgiləyən filmin yayımlanmasına görə üzrxahlıq tələb edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi