Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib - VİDEO
Narkotik vasitə qəbul edib, spirtli içki içib sükan arxasına keçdi. İdarə etdiyi avtomobillə həm özünün həm də digər sürücülərin həyatlarını təhlükəyə atacaqdı. Vaxtında görülən tədbirlər xəsarətsiz ötüşüb. Ulusum.az-ın məlumatına görə, hadisə Astara rayonunda baş verib. Belə ki, Elməddin Əbilov idarə etdiyi "Fiat" markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. Bundan əlavə, həmin şəxsin həm spirtli içkidən həm də narkotik vasitədən istifadə etdiyi məlum olub. Barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Elməddin Əbilov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
