Göyçayda qətl hadisəsi baş verdi -YENİLƏNİB VİDEO
Göyçayda qətl hadisəsi baş verib, 25 yaşlı rayon sakini 45 yaşlı həmyerlisini kəsici alətlə vuraraq öldürüb.
Ulusum.az-ın məlumatına əsasən, hadisə ötən gün gecə saat 21:00 radələrində Göyçay-Ucar yolunun rayonun Kürd kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini 1999-cu il təvəllüdlü Mehdi Məmmədov aralarında yaranan şəxsi münasibətlər zəminində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğluna kəsici alətlə ağır xəsarətlər yetirib.
Zərbənin təsirindən Rza Əhmədov elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Bundan sonra polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.
Rza Əhmədovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
