Cəlilabadda bıçaqlanma hadisəsi baş verib - VİDEO Eksklüziv
Cəlilabad rayonun Alar kəndində 3 yeniyetmə kənd sakininın iştirakı ilə bıçaqlanma hadisəsi baş verib. Belə ki, yaxınlarına məxsus dönərxana və kafe tipli obyektdə olan 2009-cu il təvəllüdlü Fuad Məmmədovla digər kənd sakini olan 2007- ci il təvəllüdlü Həsən Salamzadə Yalçın oğlu və 2006 - cı il təvəllüdlü İsaxan Rahim oğlu Nağıyevlə səbəbi hələ tam dəqiq olmayan məsələ üzərində mübahisələri düşüb. Dönərxana qarşısında başlayan söz - söhbət yaxınlıqdakı digər obyekdə davam edib. Yeniyetmələr məhz burada söhbətlərini bıçaqla həll etməyə çalışıblar. Hadisə səhər saat 10.00 radələrində baş verib. Mübahisənin davam etdirildiyi qapı bağlandığından qanlı hadisə sonrası içəridən çıxmaq istəyən yaralılar qapı şüşələrini sındırıblar. Hadisə obyekdəki kameraların da yaddaşına düşüb. Hadisə nəticəsində Salamzadə Həsən nisbi ağır xəsarət aldığından yaxınları tərəfindən dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına, İsaxan Nağıyev isə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilib və həkim nəzarəti altındadır. Xəstəxanaya düşən yeniyetmələrin yaxınlarının verdiyi məlumata görə həmin yeniyetmələrin mübahisə yerinə gəldikləri "Ford" markalı avtomobilin də şüşələri naməlum şəraitdə sındırılıb.Qarşılıqlı olaraq tərəflərin bir-birlərini günahlandırması fonunda tərəflərin heç biri yeniyetmələrin məhz hansı səbəbdən bıçağa əl atdıqlarına dair hər hansı ehtimallar irəli sürməyiblər. DİN-Mətbuat Xidmətinin Lənkəran regional qrupu isə hadisə barədə məlumat yayaraq iki yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Fuad Məmmədovun saxlandığını bildirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
