Elm dünyasının dahisi – Lütfi Zadə
Bu gün Azərbaycanın dünya şöhrətli alimi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin anım günüdür. Onun vəfatından 8 il keçir.
Əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə olan alim 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində dünyaya gəlib. Atası Rəhim Ələsgərzadə əslən Ərdəbildən olan azərbaycanlı, anası isə etnik rus yəhudisi Fanya Korenman olub. Zadə ilk təhsilini Bakıda alıb, daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb.
1942-ci ildə ali təhsilini Tehranda tamamlayan Lütfi Zadə bir il sonra ABŞ-a gedib. 1949-cu ildə Kolumbiya Universitetində elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. 1959-cu ildən ömrünün sonuna qədər Kaliforniyada – Berkli Universitetində professor kimi çalışıb və nəhəng alim nəsilləri yetişdirib.
Onun yaratdığı qeyri-səlis məntiq (fuzzy logic) nəzəriyyəsi elmi və texnologiyanı kökündən dəyişdi. Bu nəzəriyyə sayəsində Yaponiya və dünyanın nəhəng şirkətləri – Mitsubishi, Sony, Toshiba, Canon, Nissan, Honda və başqaları daha ağıllı kameralar, avtomobillər, məişət texnikası və sənaye sistemləri yaratdılar. 2016-cı ildə isə onun ideyaları əsasında ilk süni intellektə malik robot hazırlanıb.
Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da, 96 yaşında vəfat edib. Son arzusu isə Vətənində dəfn olunmaq olub. O, Azərbaycan xalqının qüruru olaraq I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Lütfi Zadə — yalnız Azərbaycan üçün deyil, bütün dünya elmi üçün əsl irs qoyub getmiş dahidir. Onun nəzəriyyələri bu gün də süni intellektin, robot texnologiyalarının və müasir elmin inkişafında yaşayır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi