“Neuberger Berman” şirkəti ilə əməkdaşlıq Azərbaycanda investisiya mühitinin əlverişli olmasının əyani göstəricisidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.
Görüşdə dünyanın ən böyük maliyyə qurumlarından olan “Neuberger Berman” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ulusum.az xəbər verir ki, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən “Neuberger Berman” ilə uğurla davam edən tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, “Neuberger Berman” ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
Azərbaycandakı sabitlik “Neuberger Berman” kimi yarım trilyon dollar dəyərində aktivləri idarə edən maliyyə şirkətinin Azərbaycanla əməkdaşlığa sövq edən iqtisadi sabitlik, regionda Azərbaycanın aktiv mövqeyi, həyata keçirilən islahatlar böyük rol oynayıb.
Bu əməkdaşlıq Azərbaycanda qeyri-neft sektorundan əldə edilən gəlirlərin artmasında, iqtisadiyyatın şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
