Azərbaycan qazının Ukraynaya tədarükü niyə dayandırıldı?
“Politika Strany” yazır ki, Azərbaycan qazının Ukraynaya tədarükü dayandırılıb. Sentyabrın ilk 10 günündə Ukraynaya 236 milyon kubmetr qaz daxil olub – bu, avqustla eyni səviyyədədir, amma Rumıniyadan gələn və əvvəllər “Azərbaycan qazı” adlandırılan həcmlər tamamilə dayanıb.
Səbəb kimi Moldova və Rumıniya sərhədində infrastrukturda yarana biləcək zədələr göstərilir. Hazırda əsas həcmlər Macarıstan və Slovakiyadan (145 mln kubmetr, əsasən Rusiya mənşəli) gəlir. Polşadan idxal isə artaraq 101 mln kubmetr təşkil edib.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya ordusu Odessa vilayətində kompressor stansiyasını vurmuşdu. Bu stansiya Azərbaycan qazının sınaq tədarükləri üçün istifadə edilirdi və Rumıniya üzərindən Yunanıstanın LNG terminallarını Ukraynanın anbarları ilə birləşdirən Transbalkan boru kəmərinə bağlı idi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi