ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur
Son günlər ABŞ mediasında və beynəlxalq analitik dairələrdə BRICS ölkələrinin təşəbbüsləri Vaşinqtonda ciddi müzakirələrə səbəb olub. Mövzuya “dollar dövrünün sonu” kimi yanaşmalar yayılsa da, ekspertlər bunu daha çox strateji narahatlıq kimi qiymətləndirirlər.
BRICS ölkələri milli valyutalarda ticarəti artırmaq, yeni ödəniş sistemləri yaratmaq və hətta ehtiyat valyuta formalaşdırmaq istiqamətində addımlar atır. Rusiya və Çin artıq ticarətin 90 faizindən çoxunu öz milli valyutalarında həyata keçirir. Kreml isə milli valyutalara əsaslanan yeni iqtisadi modelin zəruriliyini vurğulayır.
ABŞ isə bu prosesləri diqqətlə izləyir. Prezident Donald Tramp BRICS-i “dolların dominantlığını sarsıtmaq” cəhdində ittiham edərək, bu siyasətə qoşulan ölkələrə əlavə tariflər tətbiq etməklə hədələyib.
Bununla belə, analitiklərin fikrincə, dolların rezerv valyuta statusunun tam itirilməsi yaxın illərdə real görünmür. Lakin BRICS-in təşəbbüsləri çoxvalyutalı iqtisadi modelə doğru sürətli hərəkətin işarəsi kimi qiymətləndirilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi