Türkiyəyə enerji axını Zəngəzur dəhlizi ilə başlayır - Nazir
"Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək və logistik yollar birləşdiriləcək".
Ulusum.az xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan ərazisindən keçməklə ötürülür.
Bayraktarın sözlərinə görə, Orta Asiyada yerləşən digər enerji mənbələri və logistik marşrutlar Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq.
Nazir vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlər - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birgə icra olunur. Bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdıran Bayraktar deyib:
“Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
