İqtisadiyyat Nazirliyində yeni təyinatlar olub
İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.
Ulusum.az Report-a istinadən xəbər verir ki, Elvin Camalov nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu təyinatadək o, iqtisadiyyat nazirinin müşaviri kimi fəaliyyət göstərib.
Bununla yanaşı, Ayaz Əliyev iqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, 2001–2008-ci illərdə Vergilər Nazirliyində, 2008-ci ildən etibarən isə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
E.Camalov 1985-ci ildə anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi iqtisadiyyat” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr dərəcəsi alıb. 2019-cu ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə ikinci magistr təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan E. Camalov nazirliyin müxtəlif strukturlarında çalışıb. 2019-2022-ci illərdə İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri olub. 2024-cü il iyunun 3-dən 2025-ci il iyulun 21-dək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
O, 2020-ci il 23 iyun tarixli Prezident sərəncamı ilə dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
E. Camalov ailəlidir, bir övladı var.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi