Laçın və İrpen şəhərlərinin qardaşlaşması Azərbaycan-Ukrayna regional əməkdaşlığında yeni mərhələ
Azərbaycanın Laçın və Ukraynanın İrpen şəhərlərinin qardaşlaşması, ölkələrimiz arasında regionlararası əməkdaşlığın güclənməsinin əlamətdar nümunəsidir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
Qardaşlaşma haqqında memorandum 2024-cü ilin sentyabrında Laçında imzalanıb. Sənədə əsasən, tərəflər mədəniyyət, təhsil, şəhərsalma, ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi və digər sahələrdə əməkdaşlıq edəcəklər.
İrpen şəhərinin meri Oleksandr Markuşin, Laçına səfəri zamanı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı və İrpendəki infrastrukturun bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirib. O, həmçinin İrpendə Laçınla dostluğu simvolizə edən xatirə lövhəsinin qoyulacağını bildirib.
Bu təşəbbüs, Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi