Qazaxıstan və Azərbaycan nəqliyyat əməkdaşlığını genişləndirir
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov işgüzar səfərlə “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olub.
Bu layihə “NURLI YOL” («НҰРЛЫ ЖОЛ») yeni iqtisadi siyasət və “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilir.
“Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir.
Səfər zamanı A.Atamoğlanov “Xorqos” Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədri Nurjan Sultanaliyev ilə görüşüb, mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olub.

Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirib və Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Diplomat Azərbaycanın Orta Dəhlizin reallaşdırılmasındakı rolundan, dəhlizin inkişafına yönəlmiş infrastruktur layihələrindən, avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb. (azərtac)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi