Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Açıqlama
"2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Bu müddətdə ölkəmizə ərəb dövlətlərindən cəmi 117 min turist gəlib. Bu regiondan gələn turistlərin sayının azalmasında Körfəz ölkələri vətəndaşlarının yeni destinasiyalara üstünlük verməsi xüsusi rol oynayıb".
u barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.
Bildirilib ki, bununla yanaşı, bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması Körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib.
"Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735.8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.3 faiz çox turist gəlib. Gələnlərin 24.2 faizi Rusiya, 18 faizi Türkiyə, 11 faizi Hindistan, 9 faizi İran, 4.7 faizi Gürcüstan, 3.6 faizi Qazaxıstan, 2.9 faizi Pakistan, 2.5 faizi Səudiyyə Ərəbistanı, 2.2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.9 faizi İsrail, hər birindən 1.8 faiz olmaqla Özbəkistan və Çin, 1.5 faizi Ukrayna, 1.4 faizi Türkmənistan, 1.1 faizi Küveyt, 1 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2.8 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1.7 dəfə, İordaniyadan - 45.6 faiz, Hindistandan - 32.9 faiz, Qırğızıstandan - 32.1 faiz, İspaniyadan - 28.8 faiz, Yaponiyadan - 26.7 faiz, Pakistandan - 22.5 faiz, ABŞ-dən - 20.2 faiz, Qazaxıstandan - 17.7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16.6 faiz, Kanadadan - 15.5 faiz, Niderlanddan - 10.7 faiz, İtaliya və Misirdən - 10 faiz artıb.
Bu müddətdə körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən də gələnlərin sayında azalma qeydə alınıb. Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa İttifaqından gələnlərin sayında isə cüzi artım qeydə alınıb: 1.8%.
Göründüyü kimi, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Körfəz dövlətlərindən və MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu turizm sektorunun inkişafında yeni çağırışları daha da aktuallaşdırır", - deyə deputat qeyd edib. (baku.ws)
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO