Trampdan ticarət addımı – ABŞ və Britaniya arasında yeni razılaşma yaxınlaşır
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Böyük Britaniya ilə yeni ticarət sazişi barədə açıqlama verməyi planlaşdırır. Bu barədə The New York Times (NYT) məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, bu, ABŞ-ın gömrük rüsumları tətbiq etməsindən sonra əldə olunan ilk ticarət razılaşması olacaq. Lakin sazişin detalları hələlik açıqlanmayıb.
İlkin mərhələdə tərəflərin çərçivə razılaşması elan edəcəyi və sonrakı mərhələlərdə sazişin şərtləri üzərində işin davam etdiriləcəyi bildirilir.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkədən idxal olunan mallar üçün yeni gömrük sistemi tətbiq edib. Baza rüsum dərəcəsi bütün mallar üçün 10% müəyyən olunub, lakin bəzi ölkələr üçün bu rəqəm daha yüksəkdir – Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%.
Çin də buna cavab olaraq ABŞ məhsullarına 34% rüsum tətbiq edib. Dünyanın bir çox liderləri Trampın bu qərarını tənqid edərək cavab tədbirləri ilə hədələyiblər.
Daha sonra Tramp etiraf edib ki, bir çox dünya liderləri və biznes nümayəndələri ABŞ-dan gömrük rüsumlarını azaltmağı xahiş edirlər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi