Pambıq sahələrinin güzəştli sığortalanmasına start verildi🌱
Azərbaycanda pambıq sahələrinin dövlət dəstəyi ilə sığortalanması prosesi yenilənmiş şərtlərlə davam edir. Fermerlər, dövlətin 50%-lik sığorta haqqı dəstəyi ilə, pambıq sahələrini sərfəli şərtlərlə sığortalaya bilərlər.
Bu il baza sığorta zərfinə yağış riski də əlavə olunub ki, bu da fermerlərin məhsullarını leysan yağışlarından qorumağa imkan verir.
Pambıq sahələrinin sığortalanması zamanı fermerlərə əlavə güzəştlər də təqdim olunur. Məsələn, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Yaşı 29-dan aşağı olan fermerlər isə “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyə bilərlər.
Sığorta haqqının ödənişində də fermerlərə rahatlıq yaradılıb. Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlər pambıq sahələrinin sığortalanması üçün Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə (asf.gov.az) daxil olaraq və ya 1651 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala bilərlər.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi