"Liverpul" "Vulverhempton"a qalib gəlib
İngiltərə Premyer Liqasının (APL) 25-ci turunun matçında "Liverpul" "Vulverhempton"a qalib gəlib, “Ulusum”.az xəbər verir.
"Enfild" stadionunda keçirilən görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
İlk hissədə “Liverpul” iki dəfə fərqlənib: 15-ci dəqiqədə kolumbiyalı Luis Diaz, 37-ci dəqiqədə misirli Məhəmməd Salah penaltini dəqiq yerinə yetirib. Matçın ikinci hissəsində ərazi üstünlüyü “Vulverhempton” olsa da, onlar yalnız 67-ci dəqiqədə braziliyalı Matheus Cunhanın səyi nəticəsində fərqi azaltmağı bacarıblar.
"Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 60 xalla birinci yerdədir. “Arsenal” 53 xalla ikinci, “Nottingem Forest” isə 47 xalla üçüncü pillədə qərarlaşıb. "Vulverhempton" 19 xalla 17-ci yerdədir.
Növbəti turda “Liverpul” səfərdə “Aston Villa” ilə qarşılaşacaq. Görüş fevralın 19-da baş tutacaq. Komandalar meydana Moskva vaxtı ilə saat 22:30-da çıxacaqlar.
"Vulverhempton" səfərdə "Bornmut"la qarşılaşacaq. Qarşılaşma fevralın 22-də baş tutacaq. Başlanğıc Moskva vaxtı ilə saat 18:00-a planlaşdırılıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi