“Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı - FOTO
Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar Şuşanın işğal günü kimi qeyd etdiyimiz 8 may tarixinin məhz 2024-cü ildə Şuşaya köç tarixilə əvəz edilməsi münasibətilə “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı baş tutub.
Ulusum.az xəbər verir ki, seminarda çıxış edən Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin prezidenti Aqil Acalov artıq 8 may tarixinin Şuşanın işğal günü kimi yox, məhz Vətən müharibəsindən sonra bu tarixin "Şuşaya qayıdış" günü kimi qeyd edildiyini vurğulayıb. Acalov, ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına, bədən tərbiyyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib:
"Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi məhz "Şuşaya qayıdış" oldu", - deyə Acalov çıxışında deyib.
Azərbaycanda Braziliya Cui Citsu sənətinin banisi Taleh Həsənov seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən söz açıb. Onun sözlərinə görə, seminarın məqsədi idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxaq qaydalar ilə tanış etməkdən ibarətdir.
Tədbirdə Kapueyra Federasiyasının Vitse Prezidenti Elgiz Əlizadə və idmançılar da qonaq qismində iştirak ediblər. Elgiz Əlizadə çıxışı zamanı Cui Cutsu və Kapoeyra idman növlərinin həmrəyliyindən, ortaq maraqlardan və birlikdə görüləcək işlərdən danışıb.
Son olaraq tədbirdə çıxış edən İctimai Birliyin sədr müavini Anar Səfərov isə filialların aktivliyindən, Beynəlxalq yarışlarda idmançıların əldə etdiyi nailiyyətlərdən, yeni qaydalardan və gələcək planlardan bəhs edib. O bildirib ki, belə seminarların tez -tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir- birini yaxından tanımasına şərait yaradır.
Sonra tədbirdə qonaq olan Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyən göstəri təqdim ediblər.
Qeyd edək ki, Ustad Taleh Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminar iştirakçıları arasında uşaq, yeniyetmə, və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıb və Taleh Həsənov tərəfindən diplomlarla təltif olunublar. Bununla da təşkil olunmuş seminar öz işini uğurla başa vurub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
