Gəncədə kikboksinq üzrə yığma toplanışı keçirildi
Gəncə şəhərindəki “Sensey” Kikboksinq Klubunun idman bazasında uşaqlar və kadetlərin yığma toplanışı uğurla başa çatıb.

Ulusum.az məlumat verir ki, təlim prosesi əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim və Qərb regionunun sədri Anar Məmmədovun rəhbərliyi ilə təşkil olunub.

İdman tədbirində bölgənin məşqçiləri və klub rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, oktyabr ayında keçiriləcək Azərbaycan birinciliyinə hazırlıq məqsədilə yığma məşqlərin hər həftə davam etdiriləcəyi bildirilib.

Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi bu sistemli təlim-məşq toplantıları klublar arasında birliyi və həmrəyliyi möhkəmləndirmək, idmançılarda vətənpərvərlik ruhunu və psixoloji hazırlığı artırmaq, həmçinin onların texniki-taktiki və fiziki inkişafını təmin etmək məqsədi daşıyır.

Federasiya rəhbərliyi gələcəkdə də bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atmaq niyyətindədir.
Ulusum.az
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
