Azərbaycanın UEFA sıralamasında maraqlı dəyişiklik
Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.
Bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb. Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.
Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.
Bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub.
"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa
Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI