Dünya səhnəsində güc nümayişi – Mini-futbol yığmamız yarımfinalda
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda Azərbaycan Minifutbol Federasiyasının 8 il ərzində inanılmaz işlər gördüyünü bildirib.
Federasiya rəhbəri bunu "Ulusum.az"a açıqlamasında deyib.
O, Azərbaycanın minifutbol yığmasını Bakıda keçirilən dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib:
"Dünya çempionluğu çox böyük idman hadisəsidir. Gördüyü işlərə görə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovu təbrik edirəm. Onlar dünya kubokunu Bakıya gətirdilər və özlərində saxladılar. Dünya Minifutbol Federasiyası görülən işləri yüksək qiymətləndirir.
Azərbaycan yığması yarandığı 8 il ərzində inanılmaz işlər görüb. 2022-ci ildə Avropa, 3 il sonra isə dünya çempionatının qalibi oldular. İlk dəfə Bakıya 2017-ci ildə gəldim və Azərbaycan Minifutbol Federasiyası Orxan Məmmədovun rəhbəliyi altında o gündən bu yana böyük işlər görüb".
F.Juda Milli Gimnastika Arenasında əsl final ab-havasının olduğunu və azarkeşlərin oyuna böyük maraq qatdığını söyləyib:
"Arenaya toplaşan azarkeşləri təbrik etmək lazımdır. Onlar öz komandalarına çox çılğıncasına dəstək olurdular. Bir sözlə, təşkilatçılıq möhtəşəm idi. Həqiqətən Azərbaycan bu yarışa çox ciddi hazırlaşmışdı".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi