Şumaxerin Ferrari-si rekord qiymətə satıldı – 15,98 milyon avro
Əfsanəvi pilot Mixael Şumaxerin sükanı arxasında tarixi uğurlar qazandığı “Ferrari F2001” yarış avtomobili astronomik qiymətə satılıb. RM Sotheby’s tərəfindən təşkil olunan hərracda bu ikonik maşın tam 15,98 milyon avroya yeni sahibini tapıb.
Halbuki satışa çıxarılan avtomobilin ilkin qiyməti 8 milyon avro civarında dəyərləndirilirdi. Nəticə isə gözləntiləri ikiqat üstələyərək həm avtomobilin tarixi əhəmiyyətini, həm də Şumaxerə olan sonsuz marağı bir daha təsdiqlədi.
Qeyd edək ki, Mixael Şumaxer bu avtomobillə 2001-ci ildə Macarıstan və Monako Qran-Prilərində qələbə qazanmış, elə həmin il də beşinci dəfə “Formula 1” çempionu titulunu əldə etmişdi. Ferrari F2001 modeli isə Scuderia Ferrari komandasının ən parlaq texniki nailiyyətlərindən biri hesab olunur.
Alıcının kimliyi açıqlanmayıb – yeni sahib, görünür, avtomobillə yanaşı, anonim qalmağı da üstün tutub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi