Azərbaycan Polo Millisi Mərakeşdə kubok uğrunda yarışır - FOTO
Bu gün Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V Polo Turniri start götürüb.
Mayın 25-dək davam edəcək tədbirdə Mərakeş komandası ilə yanaşı, Azərbaycan, Misir, ABŞ, Oman, İspaniya, Fransa və İngiltərə komandaları da yarışır.
Mərakeş Polo Federasiyanın yaydığı açıqlamada qeyd olunur ki, turnirdə müxtəlif ölkələrin polo komandaları azarkeşlərə rəqabət ruhu ilə yadda qalacaq maraqlı yarış təqdim edəcək.
Bu tədbir Azərbaycan millisi üçün də öz yüksək bacarıq və potensialını nümayiş etdirmək, polo idmanında beynəlxalq səviyyədə böyük komandalardan biri olduğunu bir daha göstərmək üçün yaxşı fürsətdir. Ölkəmizi bu mötəbər yarışda Elçin Camallı, Tərlan Qurbanəliyev, Əli Rzayev, Şahmar Nağızadə və Vahid Məmmədov təmsil edirlər. (azərtac)

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi