Mbappe “Real”da yeni rekorda imza atdı
Fransız hücumçu Kilian Mbappe Madrid “Real”ındakı debüt mövsümündə vurduğu qollarla çilili İvan Samoranoya məxsus rekordu qırıb.
Mbappe bu mövsüm “Real”ın heyətində artıq 39 qol vurub. O, La Liqanın 36-cı turunda “Barselona”ya qarşı keçirilən görüşdə het-trik edib.
Samorano 1992–1996-cı illərdə “Real”da çıxış etmişdi.
Kataloniyada baş tutan qarşılaşma 4:3 hesabı ilə başa çatıb. Oyunun 5-ci dəqiqəsində Mbappe penaltidən hesabı açıb, 14-cü dəqiqədə fərqi artırıb. Ancaq fasiləyədək “Barselona”dan Erik Qarsiya, Lamin Yamal və dubl edən Rafinhanın qolları ilə “Real”ın qapısına 4 qol vurulub. İkinci hissədə Mbappe fərqi azaldaraq, oyunda üçüncü qolunu vurub.
Hazırda İspaniya çempionatının turnir cədvəlində “Barselona” 82 xalla birinci, “Real Madrid” 75 xalla ikinci, “Atletiko Madrid” isə 70 xalla üçüncüdür.
Növbəti turda “Barselona” “Espanyol”, “Real” isə “Mayorka” ilə qarşılaşacaq.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi