Bundesliqa: “Bavariya” vacib üç xalı üç cavabsız topla qazanıb
Bundesliqanın 31-ci turunda Münxenin “Bavariya” klubu “Maynts”ı qəbul edib.
Qarşılaşmada münxenlilər 3:0 hesabı ilə vacib qələbə qazanıblar. Belə ki, “Bavariya” növbəti turda da qalib gələcəyi təqdirdə çempionluğu elan edəcək.
Münxenlilərin ən yaxın izləyicisi “Bayer Leverkuzen” isə doğma meydanda “Auqsburq”un qapısından iki cavabsız top keçirib.
“Borussiya Dortmund” da bu turda qələbə qazanıb. Dortmundlular səfərdə “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıblar. Son beş oyunda əla təsir bağışlayan komanda dörd qarşılaşmada qələbə qazanıb və yalnız birində heç-heçə edib.
Çempionatda üçüncü pillədə yer alan “Ayntraxt Franfurt” qəbul etdiyi “Leyptsiq”i böyük hesabla məğlub edib - 4:0.
Digər iki görüşdə “Volfsburq” öz meydanında “Frayburq”a minimal hesabla məğlub olub. “Holştayn Kiel” isə “Borussiya Münxenqladbax” üzərində çətin qələbə qazanıb – 4:3.
Tura aprelin 27-də keçiriləcək “Boxum” – “Union Berlin” və “Verder Bremen” – “St Pauli” oyunları ilə yekun vurulacaq.
Bundesliqanın 31-ci turunun açılış matçında “Ştutqart” ev oyununda “Haydenham”a 0:1 hesabı ilə məğlub olub.
Otuz bir turdan sonra çempionata 75 xalla “Bavariya” liderlik edir. Ondan 8 xal az toplayan “Bayer Leverkuzen” ikinci pillədə qərarlaşıb. “Aytraxt Frankfurt” 55 xalla üçüncü, “Frayburq” 51 xalla dörüncü sıralardadır. Bu turda uduzan “Leptsiq” 49 xalla beşinci pilləyə geriləyib. Ondan bir xal geri qalan “Borussiya Dortmund” altıncı sıraya yüksəlib. (AZƏRTAC)
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO