Azərbaycan Atçılıq Federasiyası dünyanın ən yaxşı ənənəvi idman təşkilatı seçildi
18–20 aprel 2025-ci il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) mühüm beynəlxalq uğura imza atıb. Federasiya, Dünya Etnoidman Birliyi tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.
Bu yüksək mükafat ARAF-ın milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki fəaliyyətinə, həmçinin idman və mədəniyyətin sintezini əks etdirən layihələrinin uğurlu icrasına verilmişdir.
Qeyd edək ki, son illərdə federasiya ölkə daxilində və xaricdə bir çox beynəlxalq tədbir, yarış və maarifləndirici proqramların təşkilatçısı kimi çıxış edib. Bu nailiyyət ölkə rəhbərliyinin ənənəvi idman növlərinə, xüsusən də atçılıq sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
VII Etnosport Forumu 60-dan çox ölkənin nümayəndələrini bir araya gətirərək, ənənəvi idman növlərinin təşviqi və mədəni irsin qorunması məqsədilə əhəmiyyətli müzakirə və əməkdaşlıq platformasına çevrilib. Forumda gələcək birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar da nəzərdən keçirilib.
✍️Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi