Voleybol klubu gənclərə ödənişsiz ingilis dili kursu təşkil edib
Gəncə Voleybol Klubu, Azərbaycanın voleybol sahəsində fəaliyyət göstərən ən önəmli idman təşkilatlarından biridir və gənc idmançıların inkişafına önəm verir.

Klub, müxtəlif yaş qruplarında voleybol komandaları yetişdirir və həm yerli, həm də beynəlxalq yarışlarda böyük uğurlar əldə edərək Azərbaycanın voleybol sahəsində nüfuzunu artırıb.

Klubun təşəbbüsü ilə Gəncə Voleybol Akademiyasının yeniyetmə üzvləri üçün ingilis dili kursuna start verilib. Dərslər Gəncə İdman Sarayının akt zalında keçirilir və bu kurs ödənişsiz sosial layihə kimi təşkil olunub.

Klubun prezidenti Elvar Osmanov "Ulusum.az" portalına verdiyi açıqlamada, bu layihənin idmançıların beynəlxalq arenada uğur qazanmasına və onların ünsiyyət bacarıqlarını artırmağa böyük töhfə verəcəyini vurğulayıb.

O, həmçinin bildirib ki, kurs gənclərə yeni imkanlar açmaqla yanaşı, onların peşəkar idman karyeralarına müsbət təsir edəcək və qlobal səviyyədə geniş perspektivlər təqdim olunacaq.

Yeniyetmələrin gələcəkdə beynəlxalq yarışlarda iştirak edərkən ünsiyyət qurmalarında çətinlik çəkməmələri üçün bu layihə təşkil olunub. Valideynlər bu təşəbbüsü yüksək qiymətləndirərək, onların gələcək inkişafına böyük töhfə verəcəyini bildiriblər.

Gəncə Voleybol Klubunun təşkilatçılığı ilə həyata keçirilən bu layihə, gənc idmançılar üçün böyük əhəmiyyət kəsb edir. Klubun təşəbbüsü ilə həyata keçirilən bu kursun uğurlu icrası üçün təşkilatçılara dərin təşəkkürümüzü bildiririk.
R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi