Nərimanovda yataqxanada yanğın – 3 nəfər tüstüdən zəhərləndi Hadisə
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yataqxananın bir otaqlı mənzilində baş verib. Yanğın qısa müddətdə söndürülüb, lakin 3 nəfər tüstüdən zəhərlənib. Məsələ ilə bağlı araşdırma aparılır. Ulusum.az...
26-08-2025, 10:00
İllərlə az bişmiş bekon yeyirdi – beynində qurd çıxdı Hadisə / Dünya
ABŞ-da 52 yaşlı bir kişi beynində parazitlərlə üz-üzə qalıb. Hadisə barədə Live Science yazıb. Pasiyent klinikaya davamlı baş ağrılarından şikayət edərək müraciət edib. Müayinələr zamanı həkimlər onda Taenia solium (südçül donuzlarda rast gəlinən lentşəkilli qurd) infeksiyasından şübhələniblər. Qanda aparılan analizlər də bunu...
25-08-2025, 20:00
Rəqsanənin həyat yoldaşına cinayət işi açıldı Hadisə
1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib. Ulusum.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də,...
25-08-2025, 17:45
Bankomatda ehtiyatsızlıq – vətəndaş 2000 manat itirdi - VİDEO Hadisə
Növbəsini başqasına verdikdən sonra gözü qarşısında 2000 manata yaxın pulu oğurlanıb. Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Qəbələ rayon sakini Cabbar Əmiraslanov "Xəzər Xəbər"ə deyib ki, bankomatın qarşısında növbədə ondan arxada dayanan şəxs sonradan onun pulunu götürüb. Həmin şəxsi aylardır axtarsa da, tapa bilmir....
25-08-2025, 12:01
FHN: Ötən həftə 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib Hadisə
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin...
25-08-2025, 11:11
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB Hadisə
24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında 3...
25-08-2025, 10:34
Pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıb Hadisə
Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub. Ulusum.az APA-ya istinadən xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər. Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində...
25-08-2025, 09:13
“Sədərək” Ticarət Mərkəzində yanğın: 12 nəfər tibbi yardıma müraciət etdi Hadisə
Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. TƏBİB-dən bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Təcili tibbi yardım...
24-08-2025, 19:46
Sarayda azyaşlı binadan yıxılaraq dünyasını dəyişdi Hadisə
Abşeron rayonunda faciəvi hadisə baş verib. Hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb. Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. Ulusum.az...
24-08-2025, 18:44
Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak olub Hadisə
Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub. Ulusum.az APA-ya istinadən xəbər verir ki, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub. O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə...
23-08-2025, 17:28