Tayvanda atom elektrik stansiyasında yanğın baş verib
Tayvanda Maanşan atom elektrik stansiyasında yanğın baş verib, stansiyadan qatı qara tüstü çıxıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə Honq-Konqun “Dimsum Daily” nəşri məlumat yayıb.
Yerli yanğınsöndürənlər hadisə yerinə çoxlu sayda canlı qüvvə göndərib. Tüstünün səbəbi hələlik məlum deyil.
Stansiyanın operatoru Taiwan Power Company hələlik insidentlə bağlı hər hansı rəsmi şərh verməyib.
Stansiyadan təxminən bir kilometr aralıda olan şahidlərdən biri nəşrlə söhbətində vəziyyəti həyəcanlı adlandırıb və yanğın mənbəyinin nüvə obyektinin içərisində olduğunu təsdiqləyib.
Ölənlər barədə məlumat yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır. Təcili yardım xidmətləri atom elektrik stansiyasında vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün fəal işləyir.
Qeyd edək ki, Maanşan Atom Elektrik Stansiyası Tayvanın üçüncü nüvə obyektidir. 1984-cü ildə işə başlayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi