Lerikdə "UAZ" dağa çırpılıb, xəsarət alanlar var
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib. Lerik rayon Hamarat kənd sakini 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olanlar 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır və onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirdilər.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA