Lənkəranda qəzada xanım sürücü xəsarət alıb
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Bu səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini 1996 - cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynli idarə etdiyi "KİA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn FHN - nin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
G.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin ehtimala görə hadisəyə səbəb yağışlı hava şəraiti və avtomobilin qarşısına it çıxması bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA