Lənkəranda 5 gündür itkin düşən 48 yaşlı kişinin meyiti çaydan tapılıb

Lənkəranda çayda meyit tapılıb.
Bu gün axşam saatlarında Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib. İyul ayının 14 - də Lənkəran rayon sakini 1976 - cı il təvəllüdlü Elşad Xanhəsən oğlu Panayev balıq tutmaq üçün qurduğu torları yığmağa görə Velədi kəndi ərazisindən keçən çaya gedib. Həmin gündən onun barəsində heç bir xəbər olmayıb. Yaxınları onun itməsi barədə aidiyyəti orqanlara məlumat veriblər və E.Panayevin axtarışları aparılıb. Bu gün kənd sakinləri tərəfindən çayda meyit olduğu aşkarlanıb və hüquq mühafizə orqanlarına məlumat verilib. Dərhal əraziyə FHN - nin Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, balıqçı olan Elşad Panayev uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:16
Ulusumun Mətbəxində: Badamburanın Ətri
Mətbəx
Bu gün, 10:30
Toyuqlu Makaron
Mətbəx
Bu gün, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
1-10-2025, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO